Bu qış klublar transferlərə 1,46 milyard dollar xərcləyiblər

  Bu qış klublar transferlərə 1,46 milyard dollar xərcləyiblər

FİFA rəsmi saytında futbol klublarının qış "transfer pəncərəsi"ndə nə qədər pul xərclədiklərini açıqlayıb.

Mediasport.az xəbər verir ki, həmin məbləğ 1,46 milyard dollara bərabərdir.

Bu ilin yanvarında klubların etdikləri transferlərin sayı təxminən 4700 olub və ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.

Futbolçulara ən çox pulu Fransa klubları xərcləyiblər - 291,9 milyon dollar. Bu, 2023-cü illə müqayisədə iki dəfə çoxdur.

İngiltərə təmsilçilərinin xərcləri 80 faizə qədər azalıb.