Bu klubun prezidenti baş hakimə elə bir yumruq vurdu ki... - VİDEO

Bu klubun prezidenti baş hakimə elə bir yumruq vurdu ki... - VİDEO

"Ankaragücü" Türkiyə Superliqasının 15-ci turunda "Rizəspor"la qarşılaşıb (1:1).

Mediasport.az xəbər verir ki, oyun bitdikdən sonra paytaxt klubunun prezidenti Faruk Koca görüşün baş hakimi Halil Umut Melere hücum çəkib.

Klub rəsmisi meydana daxil olaraq ədalət təmsilçisinə çox ağır yumruq zərbəsi vurub. Referi ciddi xəsarət alıb.

Qeyd edək ki, türkiyəli hakimlərin ölkə çempionatının növbəti turunun matçlarını boykot edəcəkləri barədə xəbərlər yayılıb.