Konfrans Liqasında 2-ci təsnifat mərhələsi 3 görüşlə start götürdü

Konfrans Liqasında 2-ci təsnifat mərhələsi 3 görüşlə start götürdü

Avropa Konfrans Liqasında da 2-ci təsnifat mərhələsinə start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində startda üç matç baş tutub.

Qalan 46 qarşılaşma bu gün və sabah reallaşacaq.

Cavab görüşləri iyulun 30-dan avqustun 1-dək keçiriləcək.


Avropa Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


“Ballkani” (Kosovo) - “Hamrun Spartans” (Malta) 0:0

“Differdanj” (Lüksemburq) - “Ordabası” (Qazaxıstan) 1:0

“Virtus” (San Marino) - “Flora” (Estoniya) 0:0