Kriştiano Ronaldo komandasını Çempionlar Liqasında finala çıxardı

Kriştiano Ronaldo komandasını Çempionlar Liqasında finala çıxardı

"Əl Nəsr" Ərəb Klubları Çempionlar Liqasında finala vəsiqə qazanıb.

mediasport.az xəbər verir ki, Riyad təmsilçisi yarımfinalda İraqın "Əl Şorta" klubu ilə qarşılaşıb.

Görüşdə yeganə qolu 74-cü dəqiqədə penaltidən Kriştiano Ronaldo vurub.

Avqustun 12-də keçiriləcək finalda "Əl Nəsr"in rəqibi "Əl Hilal" olacaq.