UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Mediasport.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürüb.
Bu raundda eyni ölkə təmsilçiləri və qrup mərhələsində qarşılaşan komandalar bir-birilərinə rəqib olmayacaqlar. Qruplarda birinci yeri tutan kollektivlər səpələnmişlər, ikinci yerin tutanlar isə səpələnməmişlər səbətində yer alıb.
Səpələnmişlər: "Arsenal", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko", "Barselona", "Real", "Real Sosyedad" (hamısı İspaniya), "Bavariya", "Borussiya" D. (hər ikisi Almaniya).
Səpələnməmişlər: "Kopenhagen" (Danimarka), "İnter", "Latsio", "Napoli" (hər üçü İtaliya), “Leypsiq” (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), PSV (Niderland).
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2024-cü il 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 mart tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası. 1/8 final
"Portu" (Portuqaliya) – “Arsenal” (İngiltərə)
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)
PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya)
“İnter” (İtaliya) - “Atletiko” (İspaniya)
PSV (Niderland) – “Borussiya” (Dortmund, Almaniya)
“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)
“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
“Leypsiq” (Almaniya) – “Real” (İspaniya)