Messi Ronaldonu keçsə də...

Messi Ronaldonu keçsə də...

PSJ-nin hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib.

MediaSport.az xəbər verir ki, 35 yaşlı hücumçu buna qrup mərhələsinin 3-cü turu çərçivəsində Portuqaliyada “Benfika”ya qarşı keçirdikləri səfər oyununda qol vurmaqla nail olub.

Ulduz futbolçunu bu tunirdə qol vurduğu komandaların sayı 40-a çatıb. Messinin ən yaxın izləyicisi Kriştianu Ronaldo ÇL-də 38 komandaya qol vurub.

Argentinalı ÇL-də vurduğu qolların ümumi sayını da artıraraq (127) əsas rəqibi Ronaldoya bir addım da yaxınlaşıb. Portuqaliya bombardirlər siyahısında 140 qolla liderdir.