"Ümid edirəm ki, sabah yaxşı nəticə ilə xalqımızı sevindirə biləcəyik"
Milli komandamızın yarımmüdafiəçisi Coşqun Diniyev AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində sabah baş tutacaq Azərbaycan - Belçika görüşü haqqında fikirlərini bildirib.
Mediasport.az karyerasını Türkiyə 1-ci Liqa təmsilçisi "Ümraniyəspor"da davam etdirən futbolçu milli komandada oynamağın onun üçün şərəfli iş olduğunu deyib.
28 yaşlı Diniyev üzvü məhz milli komandada oynamaq üçün legioner həyatını seçdiyini bildirib:
"Legioner həyatı yaşamaq qərarı verməyim milli ilə bağlıdır. Hər zaman yığmada oynamaq istəyirəm. Türkiyə və Azərbaycan futbolunu müqayisə etmək istəməzdim. Potensialımı yüksəltmək baxımından orada oynamağımın yaxşı olacağını düşünürəm. Ümid edirəm ki, sabah yaxşı nəticə ilə xalqımızı sevindirə biləcəyik. Atletik cəhətdən fərq var arada. Məndə ən böyük mənfilərdən biri idi. Klubumda keçdiyim məşqlərdən sonra özümü daha yaxşı hiss edirəm. Belçika kimi komandaya qarşı atletik cəhətdən hazır olmalısan ki, yaxşı nəticəyə ümid edəsən".
Azərbaycan - Belçika oyunu "Dalğa Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.