Şahruddinin və Renatın komandaları ev oyunlarına çıxırlar
Türkiyə Superliqasında 16-cı turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının üzvləri Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" və Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" növbəti oyunlarını evdə keçirəcəklər.
Adana klubu ölkə çempionatının turnir cədvəlində 28 xalla yeddinci, Hatay təmsilçisi isə 19 xalla 15-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, tura dünən 4 qarşılaşma ilə start verilib.
Türkiyə Superliqası. 16-cı tur
18:00 "Hatayspor" - "Qaziantepspor"
18:00 "Fatih Karagümrük" - "Kayserispor"
21:00 "Adana Dəmirspor" - "İstanbulspor"
21:00 "Fənərbağça" - "Konyaspor"