Avropa çempionatı: Yığmamız Niderland millisinə məğlub olub
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində ikinci oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Lüksemburqda təşkil edilən 11-ci qrupun ikinci turunda Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektivin rəqibi Niderland yığması olub.
Komandamız matçdan minimal hesablı məğlubiyyətlə ayrılıb.
Futbolçularımız ilk turda Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə 0:0 hesablı bərabərə qalmışdılar.
Qrupun digər görüşündə Lüksemburq Bosniya və Herseqovinaya uduzub - 0:1.
Milli komandamız qrupda son görüşünü noyabrın 21-də Lüksemburqa qarşı keçirəcək.
Avropa çempionatının final mərhələsi gələn ilin yayında - 15-28 iyul tarixlərində Şimali İrlandiyada təşkil olunacaq.
Komandamız Lüksemburqa aşağıdakı futbolçularla yollanıb:
Xəyal Fərzullayev ("Sumqayıt"), Rəvan Mirzəmmədov ("Sabah") Əkbər Eyubov (Səbail) Murad Musayev (MOİK), Rüfət Abbasov (Neftçi), Saleh Süleymanov (Cəbrail), Arzu Atakişiyev (Kəpəz), Uğur Səfərov (Qarabağ), Fəxri Məmmədli (Sabah), Murad Ələkbərov (Zirə), Adəm Topalov (Səbail), Murad Məmmədov (Neftçi), Sadiq Şəfiyev (Turan Tovuz), Eşqin Əhmədov (Qəbələ), Ravil Qafarov (Qəbələ), Şahin Şahniyarov (Qəbələ), Xəyyam Məmmədli (Qəbələ), Sənan Ağalarov (Qəbələ), Edqar Adilxanov (Şamaxı), Nihad Əhmədzadə (Sumqayıt).
Avropa çempionatı. Seçmə mərhələ. 11-ci qrup. 2-ci tur
19:00 Niderland – Azərbaycan 2:1
Qollar: İsak Babadi, 22, Ezekiel Banzuzi, 48 - Sadiq Şəfiyev, 86.
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)