Avroliqa: "Qarabağ"ın rəqibi səfərdə "Qalatasaray"a uduzdu, "Bude Qlimt" "Braqa"dan üstün oldu
"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsində rəqibləri - "Elfsborq" (İsveç) və "Bude Qlimt" (Norveç) 3-cu tur görüşlərini keçiriblər.
Mediasport.az xəbər verir ki, isveçlilər İstanbulda "Qalatasaray"a məğlub olublar - 3:4.
Norveç təmsilçisi isə Portuqaliyada "Braqa"dan üstün olub - 2:1.
Xatırladaq ki, 3-cü tur matçına bu gün çıxacaq Azərbaycan çempionunun növbəti qarşılaşmaları noyabrın 7-də "Bude Qlimt", dekabrın 11-də "Elfsborq" səfərində olacaq.