"Yurqorden" azarkeşləri seçim ediblər: Sorğuda ən zəif Musa olub

"Yurqorden" azarkeşləri seçim ediblər: Sorğuda ən zəif Musa olub

İsveçin “Yurqorden” klubunun azarkeşləri Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandadakı çıxışına qiymət veriblər.

Mediasport.az  “svenskafans.com” saytına istinadən xəbər verir ki, sorğuda həm 21 yaşlı forvard, həm də Stokholm təmsilçisinin digər hücumameyilli oyunçuları qiymətləndirilib.

Hazırda “Yurqorden”də çıxış edənlər arasında ən zəif hücumameyilli futbolçu məhz Musa Qurbanlı olub. Onun komandadakı çıxışı 1 bala, yəni, ən aşağı qiymətə layiq görülüb.

Qeyd edək ki, İsveç klubuna yay fasiləsində “Qarabağ”dan Qurbanlı yeni komandasında 17 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.