AVRO-2024: Yığma komandamız Bakıda Avstriyaya məğlub olub

AVRO-2024: Yığma komandamız Bakıda Avstriyaya məğlub olub

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsinin 8-ci turunda Avstriya yığması ilə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib və yığmamız minimal hesala məğlub olub.

F qrupunun digər qarşılaşmasında Belçika İsveçi qəbul edəcək.

Belçika millisi qrupda 6 oyundan sonra 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, 5 oyun keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü, 1 xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.


AVRO-2024. Seçmə qrup mərhələsi. 7-tur


F qrupu

20:00 Azərbaycan – Avstriya 0:1

Qol: Marsel Sabitzer, 48 (p).

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.

Baş məşqçi: Canni De Byazi.

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Xaver Şkager, 6. Nikolas Şeyvald, 7. Saşa Kaladziç, 10. Florian Qrilitş, 15. Filipp Lyenhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad laymer (k)

Baş məşqçi: Ralf Ranqnik.