"Qarabağ" evdə xal itirdi, "Zirə" "Neftçi"ni 3 qolla məğlub etdi

 "Qarabağ" evdə xal itirdi, "Zirə" "Neftçi"ni 3 qolla məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun görüşləri davam etdirilib.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Premyer Liqadan düşəcəyi 99 faiz dəqiqləşən "Qəbələ" paytaxtda çempionluğu 9 tur əvvəl təmin etmiş "Qarabağ"dan xal alıb 

Medal və avrokuboklar uğrunda yarışan "Zirə" isə doğma meydanda "Neftçi"ni geridönüşlə məğlub edib.

Tura sabah iki duellə yekun vurulacaq.

Açılış qarşıdurmasında "Turan Tovuz" evdə "Sumqayıt"a uduzub (1:4).


Azərbaycan Premyer Liqası. 31-ci tur


16:30. “Qarabağ” - “Qəbələ” 2:2

Qollar: Yassin Benzia, 66, Abdullah Zubir, 71 - Bilel Auaşeriya, 19, Yaovi Akakpo, 86.

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Asif Əliyev.

Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.

“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 99. Ahmed Ayzaya, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.

Baş məşqçi: Kaxaber Çxadadze.


19:00. “Zirə” - “Neftçi” 3:1

Qol: Rəhim Sadıxov, 43, Fuad Bayramov, 78, Vladislav Kulaç, 85 - Emin Mahmudov, 19 (penalti).

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Zirə İdman Kompleksinin stadionu.


21 aprel

16:30. “Kəpəz” - “Sabah”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Tovuz şəhər stadionu


19:00. “Araz-Naxçıvan” - “Səbail”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“Liv Bona Dea Arena”