"Söyüşlə düzəlsəydi, çoxdan düzələrdi" - Samir Abasov
"Sumqayıt" Azərbaycan Premyer Liqasının 6-cı turunda "Şamaxı"ya uduzub (0:1)
Mediasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı Samir Abasov mətbuat konfransında iştirak edib:
"Rəqibi təbrik edirəm. Ayxan Abbasov mübariz komanda qurub. Tez qol buraxdıq. Hesabı bərabərləşdirmək üçün fürsətimiz oldu. Amma yararlana bilmədik. Oyunun sonunda rəqib qapandıqca bizim qol vurmağımız çətinləşdirdi. Gələcək oyunlara hazırlaşacağıq. Belə period hər komadanın başına gəlir. Çempionatın əvvəlidir. Futbolçularım tam hazır deyil, amma bu, bəhanə deyil".
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Ardıcıl 3 oyundur məğlub olursuz. Bu durumdan çıxmaq üçün ümidiniz var?
- Əlbəttə var. Uşaqlar tam formaya düşəndə nəticələr də olacaq. Bu gün fiziki baxımdan balanslı komanda deyilik. Belə əziyyətlər çəkəcəyimizi bilirdik. Hələ çempionatın əvvəlidir. Keçən il də belə problemlər yaşamışdıq. Pis gündə səbrli olmalıyıq. Dava-dalaşla nəsə qazana bilmərik.
Rəqibin hündür boylu mərkəz müdafiəçiləri olduğu halda futbolçularınız göylə ötürmələrə üstünlük verirdi. Bu, nə ilə bağlı idi?
- Cərimə meydançasında təhlükəli ol bilmirdik. Buna görə də rəqib oyunçuların səhv edəcəyinə ümid edirdik.
Azarkeşlər komandadan narazıdır. Oyundan sonra etirazlarını bildirdilər. Amma mühafizə xidməti onların ünvanı ağır təhqirlər bildirdi…
– Görməmişəm. Elə perioddur ki, səbirli olmalıyıq. Hamı yaxşı nəticə istəyir. Belə şeylərə ehtiyac yoxdur. Bu situasiyadan çıxış yolu aqressiya, dava deyil. Komandanın nəticələrini bilirəm və sakit qalıb, səbirli olmalıyıq. Daha da vəziyyəti pisləşdirə bilərik. Hər şey dava, təhqirlə düzəlsəydi, bəlkə, çoxdan düzəltmişdik…