"Hər şeydən əvvəl psixoloji baxımdan narazı qaldım" - Berdıyev
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Kəpəz"i məğlub edib.
Mediasport.az xəbər verir ki, tovuzluların baş məşqçisi Qurban Berdıyev 3:0 hesablı qələbə barədə təəssüratlarını bölüşüb.
Təcrübəli mütəxəssis komandasının hələ çox çalışmalı olduğunu deyib:
- Qələbə qazanmaqdan çox məmnunam. Oyunda müsbət hissələr də oldu, mənfi məqamlar da. Hələ çox işləməliyik. Ümumi olaraq uşaqlara görə çox şadam. Qələbə münasibəti ilə də hamısını təbrik etdim. Azarkeşlərdən də hiss etmək olurdu ki, bu əsl Qərb derbisidir. Amma hələ çox çalışmalıyıq.
Tural Bayramlının 90 dəqiqə oyunamağa gücü çatmır?
- Fiziki cəhətdən hazırdır. Digər oyunçulara da şans vermək üçün belə addım atırıq.
Meydanda derbi olduğunu hiss etdiz?
- Bəli. Azarkeşlərdən də bunu hiss etmək olurdu.
Oyunda nədən narazı qaldız?
- Hər şeydən əvvəl psixoloji baxımdan narazı qaldım. Hesab 2:0 olandan sonra futbolçular rahat oynamağa başladılar. Buna görə deyirəm ki, üzərində işləməli olduğumuz məqamlar var.
3 turdan sonra lidersiz. Bu, komandaya əlavə güc və motivasiya verə bilər?
- Belə olacağını düşünmürəm. Müzakirələr zamanı futbolçulara səhvlərini göstəririk. Bu səhvlərin üzərində işləməliyik.
Otto Con qol vurmaqda çətinlik çəkir. Komandaya yeni hücumçu cəlb olunacaq?
- Xeyr. Bizdə Aleks Souza var. Otto Cona gəldikdə bəzi məqamlarda problemlər var. Ötən mövsüm 10 qol vurub. Biz ona yenə inanırıq. Realizə etməkdə bir az çətinlik çəkir. Bu, mənim üzərimə düşən işdir. Aradan qaldırmağa çalışacağıq.