Qurbanovlar üçün XOŞ GÜN

Qurbanovlar üçün XOŞ GÜN

Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov ailə qurub.

Mediasport.az xəbər verir ki, müdafiəçi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanovun qızı ilə evlənib.

Şadlıq məclisi Bakıdakı restoranlardan birində baş tutub.

Toy mərasimində ailənin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.