"Azərreyl" 3:1 hesablı üstünlüyü əldən verərək mübarizəni dayandırıb - Çelenc Kuboku

"Azərreyl" 3:1 hesablı üstünlüyü əldən verərək mübarizəni dayandırıb - Çelenc Kuboku

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda 1/16 final mərhələsinin cavab görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, Cengiz Akarçeşmənin baş məşqçisi olduğu kollektiv İspaniyada “Avarka de Menorka”nın qonağı olub.

Ötən həftə Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn voleybolçularımız üstünlüyü əldən veriblər.

İspanlara 0:3 (20:25, 23:25, 17:25) hesabı ilə uduzan Azərbaycan çempionu mübarizəni dayandırıb.