Voleybolçularımızın EEVZA-da növbəti oyunu Ukrayna ilə olacaq
Bu gün 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, yığmamız bu dəfə Ukrayna ilə mübarizə aparacaq.
Milli komandamız əvvəlki iki matçda Estoniya və Latviyaya 0:3 hesabı ilə məğlub olub. Onlar sabah Litva, yanvarın 7-də isə Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.