Rafael Nadal üçün "sonuncu pərdə"

  Rafael Nadal üçün "sonuncu pərdə"

İspaniyalı raketka ustası Rafael Nadal sosial media vasitəsilə tezliklə karyerasını başa vuracağını açıqlayıb.

Mediasport.az xəbər verir ki, 38 yaşlı tennisçi rəsmi "Instagram" hesabında etdiyi paylaşımda son olaraq 19-24 noyabrda ölkəsində baş tutacaq Devis Kubokunda iştirak edəcəyini söyləyib.

"Böyük Dəbilqə" turnirlərinin 22-qat qalibi Nadal, eyni zamanda, Pekin-2008 və Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısıdır.

View this post on Instagram

A post shared by Rafa Nadal (@rafaelnadal)