Braziliyaya qalib gəlib ikinci dəfə Dünya çempionu oldular
Qadınlar arasında keçirilən voleybol üzrə Dünya çempionatının qalibi müəyyənləşib.
mediasport.az xəbər verir ki, final görüşündə Braziliya millisinə qalib gələn Serbiya dünyanın ən güclüsü adını qazanıb.
Niderlandın Apeldorn şəhərində keçirilən matçda serblər hər üç setdə sevinən tərəf olublar - (26:24, 25:22, 25:17).
Serbiya bununla da tarixində 2-ci dəfə munidalın qalibi olub. İtaliya isə ABŞ yığmasını məğlub edərək üçüncü yeri tutub - 3:0.