Xədicə Həsənli 200 idmançı arasında 3-cü yeri tutub

  Xədicə Həsənli 200 idmançı arasında 3-cü yeri tutub

Qılıncoynatma üzrə Azərbaycan milli komandası "European Cadet Circuit" turnirində 3-cü olub.

Mediasport.az xəbər verir ki, qızların yarışında Xədicə Həsənli bürünc medala layiq görülüb.

O, yarımfinala qədər Estoniya, Böyük Britaniya, Polşa, Ukrayna və Çexiya təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Ukrayna təmsilçisi Mariya Seredaya 13:15 hesabı ilə uduzan Həsənli 200 iştirakçı arasında 3-cü yeri tutub.

Mübarizəyə ən güclü "səkkizlik"dən start verən Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət Azərbaycan yığması ilk qarşılaşmada Çexiya seçməsini 45-42 hesabı ilə üstələyib. Yarımfinalda Almaniyaya 40-45 hesabı ilə uduzan kollektiv bürünc medalla kifayətlənib.

Məşqçi Samirə Hüseynova yeniyetmə oğlan şpaqaçıların yarışında final qarşılaşmasını idarə edib.