Avroliqada püşk atıldı: "Bayer" İngiltərə klubu ilə qarşılaşacaq

 Avroliqada püşk atıldı: "Bayer" İngiltərə klubu ilə qarşılaşacaq

UEFA Avropa Liqasında 1/4 final, yarımfinal və finalın püşkü atılıb.

Mediasport.az xəbər verir ki, 1/8 finalda Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdıran Almaniyanın "Bayer" klubu növbəti raundda İngiltərənin "Vest Hem" kollektivinə rəqbi olub.

1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal görüşləri mayın 2-də və 9-da baş tutacaq.

Final mayın 22-də İrlandiyanın paytaxtı Dublində yerləşən “Aviva” stadionunda keçiriləcək.


UEFA Avropa Liqası. 1/4 final

“Milan” (İtaliya) - “Roma” (İtaliya)

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

“Bayer” (Almaniya) - “Vest Hem” (İngiltərə)

“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa)


Yarımfinal

“Benfika” - “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi

“Milan” - “Roma” cütünün qalibi / “Bayer” - “Vest Hem”