Ənənəvi Karate Federasiyasında səsvermə: Yeni heyət təşkil edilib
Azərbaycan Karate Federasiyasının (AKF) "KWU-WFKF Azərbaycan birliyi"nin ümumi yığıncağı baş tutub.
Mediasport.az xəbər verir ki, hesabat-seçki xarakterli tədbirdə birliyin İdarə heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibini müəyyən etmək üçün səsvermə baş tutub.
Ramin Əsədov Ənənəvi Karate Federasiyası, "KWU-WFKF Azərbaycan birliyi"nin prezidenti seçilib. Birliyin fəxri-prezidenti AKF-nin vitse-prezidenti Füzuli Musayev olub.
AKF-nin baş katibi Qabil Sayadov, "Təbib" idman klubunun rəhbəri Qələndər Aslanov, Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının təsisçisi Teyyub Əzizov və Beynəlxalq Kenbukay təşkilatının Azərbaycandakı nümayəndəsi Ruslan Abbasov təşkilatın vitse-prezidentləri seçiliblər.
Daha sonra nümayəndəliyin İdarə Heyətinin üzvləri və Nəzarət-Təftiş Komissiyası müəyyənləşib.
Həmçinin, İdarə Heyətinin ilk iclası keçirilib. İclasın yekunlarına əsasən, nümayəndəliyin baş katibi vəzifəsinə Həmdiyyə Məmmədov təyin edilib.