Qadın sablyaçılarımız Polşada 6-cı yeri tutdular - Avropa Oyunları

Qadın sablyaçılarımız Polşada 6-cı yeri tutdular - Avropa Oyunları

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında çıxışını başa vurub.

MediaSport.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 5-ci yer uğrunda görüşdə İspaniya ilə qarşılaşıb.

Rəqibinə az fərqlə (42:45) məğlub olan yığmamız yarışı 6-cı pillədə tamamlayıb.