Azərbaycan birinciliyi başlanır - Ümumilikdə 34 komanda yarışacaq

Azərbaycan birinciliyi başlanır - Ümumilikdə 34 komanda yarışacaq

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə aprelin 27-də həvəskar komandalar arasında sayca XXV Azərbaycan birinciliyinə start veriləcək.

Mediasport.az xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərindən 5, digər bölgələrdən 3 qrup olmaqla ümumilikdə 34 komanda iştirak edəcək.

Qruplarda ilk iki yeri tutacaq kollektivlər 1/8 final mərhələsinə yüksələcəklər.

Birinciliyin final oyunu iyulun 28-də baş tutacaq.

Qeyd edək ki, AHFF-nin 25 illiyinə həsr olunmuş kubok qarşılaşmalarına isə iyunun 8-də start veriləcək və kubokun final matçı avqustun 4-də keçiriləcək.