"Fürsətdən istifadə edə bilmədik" - Azərbaycan millisinin məşqçisi
"İlk hissədə yaxşı oynadıq. Standart vəziyyətdən qol buraxdıq, daha sonra oyunu bərabərləşdirdik və bəlkə də rəqibdən üstün oynamağa başladıq".
Mediasport.az xəbər verir ki, bu sözləri Belarus Futbol federasiyasına açıqlamasında Azərbaycanın U-17 milli komandasının məşqçisi Aleksandr Qross deyib.
Mütəxəssis Minsk şəhərində keçirilən UEFA-nın İnkişaf Turnirinin 2-ci oyununda Özbəkistan yığmasına 0:2 hesablı məğlubiyyət barədə danışıb:
"Hesabı bərabərləşdirmək üçün şanslarımız oldu, fürsətdən istifadə edə bilmədik. Rəqib ikinci qol üçün oynadı. Növbəti oyuna hazırlaşacağıq. Tacikistan millisində baş məşqçi dəyişib. Yeni çalışdırıcı var, yəqin ki, oyun planında dəyişikliklər də olub. Hazırlaşmaq üçün vaxtımız var, maksimum çalışacağıq".
Qeyd edək ki, turnirin ilk matçında Belarus futbolçularına uduzan millimiz son görüşünü aprelin 28-də Tacikistan seçməsinə qarşı keçirəcək.