Qılıncoynadanlarımız Dünya Kubokunda medalsız qaldılar

Qılıncoynadanlarımız Dünya Kubokunda medalsız qaldılar

Azərbaycan qılıncoynadanı Nazilə Rəhimova Türkiyənin İstanbul şəhərində şpaqa növü üzrə gənclər arasında keçirilən Dünya Kubokunun pley-offunda mübarizəni dayandırıb.

mediasport.az xəbər verir ki, idmançı şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vurub.

Pley-offda fransalı Elea Juve ilə qarşılaşan Rəhimova rəqibinə 10:15 hesabı ilə uduzub. Azərbaycanın digər təmsilçiləri Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyib.

Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn yığma ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına məğlub olub - 18:45.