Dünya çempionatında Azərbaycanı 4 idmançı təmsil edəcək
Bu gün Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında Dünya çempionatına start verilicək.
Azərbaycan Qılıncoynatma Federasiyasından mediasport.az saytına verilən məlumata görə, ilk yarış günündə sablya növü üzrə oğlan və qızlar arasında şəxsi yarışda qaliblər müəyyənləşəcək.
Qız sablyaçıların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova təmsil edəcək. Oğlan sablyaçıların şəxsi mübarizəsində isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov qüvvəsini sınayacaq.
Dünya birinciliyi aprelin 9-da başa çatacaq.