"Xırdalan" Şəkidə qalib gəlib
Azərbaycan Basketbol Liqasında 10-cu turun daha bir oyunu keçirilib.
Mediasport.az xəbər verir ki, "Xırdalan" Şəki Olimpiya İdman Kompleksində şəhərin eyniadlı klubu ilə qarşılaşıb.
Görüş Bakı təmsilçisinin qələbəsilə yekunlaşıb - 107:92.
Ən məhsuldar basketbolçular "Şəki"dən Dayron Kinq (24 xal, 6 ribaund), "Xırdalan"dan Teyvion Körk (29 xal, 6 asist) olublar.
Turun son oyunu bu gün saat 18:00 -da "Gəncə" və "Sabah" klubları arasında baş tutacaq.