"Sabah" "Qroningen" "Rabotniçki" və "Rapid"lə eyni qrupa düşdü

"Sabah" "Qroningen" "Rabotniçki" və "Rapid"lə eyni qrupa düşdü
FİBA Avropa Kubokunda 2023/2024 mövsümündə təsnifat mərhələsinin püşkü atılıb.

mediasport.az xəbər verir ki, 18 illik fasilədən sonra yenidən avrokuboklarda Azərbaycan təmsilçisinin iştirak edəcəyi turnirdə komandamız 4-cü səbətdə yer alıb.

Püşkdə A qrupuna düşən Masazır təmsilçisinin rəqibləri "Donar Qroningen" (Niderland), "Rabotniçki" (Şimali Makedoniya) və "Rapid" (Rumıniya) komandaları olublar.

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda keçiriləcək. Qrup qalibi FİBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanacaq.