Azərbaycanda yeni yaradılmış klubun məşqçisi məlum oldu

  Azərbaycanda yeni yaradılmış klubun məşqçisi məlum oldu

2024/2025 mövsümündən etibarən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq "Ordu" klubunda yeni təyinat olub.

Mediasport.az xəbər verir ki, Anar Hacıyev komandanın məşqçisi vəzifəsini icra edəcək.

O, baş məşqçi Alberto Blankonun köməkçisi funksiyasını yerinə yetirəcək.

Hacıyev buna qədər "Sərhədçi" klubunda və Azərbaycanın U-20 yığmasında köməkçi məşqçi kimi çalışıb.