"Sabah"dan ardıcıl 2-ci qələbə

"Sabah"dan ardıcıl 2-ci qələbə

Kişi basketbolçulardan ibarət "Sabah" klubu Latviyada ikinci yoxlama matçını keçirib.

Mediasport.az xəbər verir ki, Rimas Kurtinaytisin çalışdırdığı komanda təlim-məşq toplanışı çərçivəsində "Neptunas"dan (Litva) üstün olub - 82:71.

"Bayquşlar" buna qədər Almaniya Bundesliqa klubu "Rostok Sivulvz"u məğlub etmişdi (72:71).

Xatırladaq ki, "Sabah"ın hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.