Adı dəyişdirilən klubun klubun təqdimat mərasimi keçirilib

Adı dəyişdirilən klubun klubun təqdimat mərasimi keçirilib

Azərbaycan Texniki Universitetinin idman zalında "NTD-İndiqo" (Xaçmaz) basketbol klubunun yeni mövsüm öncəsi təqdimat mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirdə klubun prezidenti Bəhram Abdinov, Quba-Xaçmaz regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə sektor müdiri Elman Məmmədov, basketbolçular, klub rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan B.Abdinov komandanın 22 ildir Azərbaycan çempionatında çıxış etdiyini bildirib: “Bu il ən gənc basketbolçular bizim klubumuzda cəmləşib. Hətta iki nəfər məktəbli basketbolçumuz da var. Komandamız həm Bakıda, həm də Xaçmazda məskunlaşacaq. Əsas bazamız bölgədə olacaq. Ev oyunlarında rəqiblərimizi də Xaçmazda qəbul edəcəyik. Əsas məqsədimiz güclü basketbolçular yetişdirməkdir”.

Daha sonra çıxış edən E.Məmmədov qeyd edib ki, Azərbaycanda bu idman növünün inkişafı istiqamətində bir sıra işlər görülür: “Sevindirici haldır ki, bu il ölkə çempionatında regionumuzu təmsil edən basketbolçular da olacaq. Yeni mövsümdə bütün komandalara uğurlar arzu edirəm”.