"Yəqin, mən olmayanda başqa qərarlar veriləcək" - Rəşad Sadıqov
"4 ildir ki bu cür qərarlarla üzləşirik. Bu, təsadüfi ola bilməz. Yəqin, mən "Zirə"də olmayanda başqa qərarlar veriləcək. Buna nə ad verim, bilmirəm".
Mediasport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis "CBC Sport" kanalına açıqlamasında Azərbaycan Premyer Liqasının 19-cu turunun "Səbail"lə oyununda komandasının lehinə verilməyən penaltidən, hakimlərdən şikayətlənib:
"VAR penaltiyə çağırdı, amma hakim başqa qərar verdi. Çox qəribə idi, başa düşə bilmirəm. Aşkar qayda pozuntusu vardı, ikinci sarı vərəqə verilməliydi. Artıq 4-cü ildir, əleyhimizə qərarlar davam edir. Əvvəlki turlarda da bu cür hadisələr baş verdi. Bunlar təsadüf ola bilməz"
Qeyd edək ki, Bayılda keçirilən matç 0:0 hesabı ilə başa çatıb.