"Nikosiyadan gələndən heç özüm bərpa olunmamışam" - BAXŞIYEV
"Oyun barəsində danışılası çox şey yoxdur. Komanda şəklində çox zəif oynadıq. Belə oyun gözləmirdik. İlk turdur. Oyunu düzgün analiz edib, reaksiya verib, qarşıdakı matçlara hazırlaşmağımız önəmlidir".
mediasport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın ilk turunun "Sabah"la matçından sonra deyib.
"Qəbələ" "Omoniya" səfərindən yeni qayıdıb. Oyunun vaxtının ən azı 2 gün sonraya keçirilməsinə cəhd etmişdiz?
- Nikosiyadan gələndən sonra heç mən özüm bərpa olunmamışam. Qaldı ki, futbolçular. Əlbəttə ki, ağırdır. Səfərdə oynayırsan, səhərə kimi yatmayıb reysi gözləyirsən. Futbolçulara da adaptasiya baxımından təsir edir. Oynadığımız ən zəif oyun idi. Toplanış vaxtı komandamın oyununda dinamika görürdüm. Sadəcə, bu gün çox yorğun idik. Amma qarşıdakı vaxtlarda daha yaxşı komanda görəcəyik.
Psixoloji cəhətdən toparlana biləcəksiz?
- Belə məğlubiyyətlər də qaçılmazdır. Hər bir komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq ki, futbolçuları qarşıdakı oyunlara hazırlayaq.