"Kəpəz"də yeni hücumçu

"Kəpəz"də yeni hücumçu

“Kəpəz” daha bir legioner futbolçu transfer edib.

Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu hücum xəttini gücləndirib.

Azər Məmmədovun komandası malili Adama Nianeni rənglərinə bağlayıb. 30 yaşlı forvardla mövsümün sonuna qədər müqavilə bağlanıb.

Niane son olaraq İranın “Nassaji” klubunda oynayıb. Daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb.

Hücumçu 2017-2019-cu illərdə Mali millisinin heyətində 7 matçda forma geyinib.