Yığma komandamız dünya çempionatına Bakıda hazırlaşır
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Mediasport.az xəbər verir ki, sentyabrın 29-na qədər davam edəcək hazırlıq prosesində 100-dən çox idmançı iştirak edir.
Təlimə Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, ABŞ, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin cüdoçuları da qatılıblar.
Toplanış 4-8 oktyabrda Portuqaliyada gənclər arasında keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, bu təlim-məşq toplanışı həm də böyüklərdən ibarət milli komandanın 3-5 noyabrda Fransada təşkil olunacaq Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.