Azərbaycan milli komandası Avropa çempionatına hazırlaşır
Yeniyetmə qızlardan ibarət cüdo üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlaşır.
Mediasport.az xəbər verir ki, Bakıda təşkil olunan təlim-məşq toplanışında 30-a yaxın idmançı cəlb edilib.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edir.
Hazırlığa iyunun 22-də yekun vurulacaq.
Qitə birinciliyi iyunun 27-30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
Komandamız bundan əvvəl Türkiyə, Almaniya, Çexiyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.