Almaniyada Azərbaycanın 4 cüdoçusu medal qazanıb, 5-i uğursuz olub - Avropa çempionatı
Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına start götürüb.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının ilk gündə tatami üzərinə çıxan 9 idmançıdan 4-ü medal qazanıb.
Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyevadır (52 kq).
Hər 4 cüdoçu bürünc medalla kifayətlənib.
Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə uğursuz çıxış ediblər.