Azərbaycan cüdoçularının Qətər rüsvayçılığı davam edir - DÇ-2023

Azərbaycan cüdoçularının Qətər rüsvayçılığı davam edir - DÇ-2023

Azərbaycan cüdoçularının Qətərin paytaxtı Dohada keçirilən Dünya çempionatında rüsvayçı çıxışları davam edir.

mediasport.az xəbər verir ki, komandamızın milliləşdirilmiş üzvü Səid Mollayi də digər idmançılarımızın uğursuzluğuna son qoya bilməyib.

81 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı cüdoçu starda - 1/16 finalda kanadalı Fransua Qotyer Drapau ilə görüşdə qadağan olunmuş fənd tətbiq etdiyi üçün diskvalifikasiya edilib, rəqibə təmiz qələbə verilib.

Daha əvvəl oğlanların yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızların mübarizəsində isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Ölkəmiz mundialda 13 cüdoçu ilə təmsil olunur. Yarış mayın 14-də yekunlaşacaq.