Yığmamız Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq

Yığmamız Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

mediasport.az xəbər verir ki, Azərbaycan yığması 4-cü qrupda Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq.

Oyunlar 21, 24, 27 oktyabr tarixlərində Serbiyada keçiriləcək. ​17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2024-cü ildə Kiprdə təşkil olunacaq.