Almaniya və Gürcüstanda oynayan futbolçular Azərbaycan yığmasında

Almaniya və Gürcüstanda oynayan futbolçular Azərbaycan yığmasında

Oktyabrın 11-dən 13-dək Bakıda, 13-dən 17-dək isə Özbəkistanın paytaxtı Daşkənddə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Mediasport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

U-19 oktyabrın 14 və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Xəyal Fərzullayev (Sumqayıt), Rəvan Mirzəmmədov ("Sabah"), Musa Məmmədov ("Qarabağ"), Zaman Zamanlı ("Səbail"), Raul Hacıyev ("Rustavi", Gürcüstan), Saleh Süleymanov("Cəbrayıl"), Eşqin Əhmədov, Ravil Qafarov (hər ikisi "Qəbələ"), Rüfət Abbasov ("Neftçi"), Arzu Atakişiyev ("Kəpəz"), Uğur Səfərov ("Qarabağ"), Fəxri Məmmədli ("Sabah"), Şahin Şahniyarov ("Qəbələ"), Murad Ələkbərov, Edqar Adilxanov ("Şamaxı"), Adəm Topalov ("Səbail"), Murad Məmmədov ("Neftçi"), Ceyhun Hacıyev ("Verl", Almaniya), Nihat Mehrəliyev ("Qarabağ"), Əsəd Əsədli("Turan Tovuz"), Sənan Ağalarov ("Qəbələ"), Sadiq Şəfiyev ("Turan Tovuz"), Xəyyam Məmmədli ("Qəbələ").