Milli komandamız "Neftçi" ilə yoxlama matçında bərabərə qalıb

Milli komandamız "Neftçi" ilə yoxlama matçında bərabərə qalıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil ediləcək yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.

Mediasport.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi komanda “Neftçi-2” ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-19-un heyətində 45+1-ci dəqiqədə Niyazi Osmanov fərqlənib.

Qeyd edək ki, millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

Komanda iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 kollektivi ilə üz-üzə gələcək.