Polyaklar Rahilin yeni iş yerinin adını açıqlayıb - Polşada qalır
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov karyerasını yenidən Polşada davam etdirəcək.
Mediasport.az xəbər verir ki, bu barədə Polşanın weszlo.com saytı xəbər yayıb.
28 yaşlı futbolçunun Polşa Elitasında mübarizə aparan "Radomyak" ilə müqavilənin bütün şərtlərini razılaşdığı bildirilib.
Tərəflərin 2 illik sözləşməyə imza atdığı vurğulanıb.
Rahil bu ilin yanvarında "Qarabağ"dan LKS klubuna keçib. Lodz təmsilçisi aşağı liqaya düşdüyü üçün Məmmədov komandadan ayrılıb.