Yığmamızın üzvü Niderlandda komandasına qələbə qazandırıb

Yığmamızın üzvü Niderlandda komandasına qələbə qazandırıb

Niderland Birinci Divizionda 10-cu tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Ozancan Kökçünün çıxış etdiyi “Eyndhoven” səfərdə “Yonq PSV”ni mğlub edib.

Millimizin üzvü komandasının 4:3 hesabı ilə qalib gəldiyi matçda qələbə qolunu vurub. Start heyətdə meydana çıxan Ozancan 81-ci dəqiqədə Eyndhoven klubuna vacib qələbə qazandırıb.

"Eyndhoven” hazırda 20 xalla 4-cü pillədə qərarlaşıb.