Veşoviç və Yankoviç millimizin keçmiş baş məşqçisilə işləyəcək
2014-2017-ci illərdə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi olmuş Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Monteneqro yığmasına rəhbərlik edəcək.
Xorvatiyalı çalışdırıcı ilə 1 illik müqavilə bağlanacaq.
Qeyd edək ki, Monteneqro millisində “Qarabağ”ın futbolçuları - Marko Veşoviç və Marko Yankoviç çıxış edir.