Emin Mahmudov Şotlandiya klubuna keçir? - "Neftçi"dən AÇIQLAMA

Emin Mahmudov Şotlandiya klubuna keçir? - "Neftçi"dən AÇIQLAMA

Milli komandamız və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.

Məlumata görə, 30 yaşlı yarımmüdafiəçinin xidmətində "Harts" klubu maraqlıdır.

Xəbərdə qeyd olunub ki, Mahmudov Edinburq təmsilçisinin yarımmüdafiə xəttindəki problemləri aradan qaldıra biləcək əsas varinatlardan biridir.

"Neftçi" yə isə rəsmi olaraq bu barədə məlumat daxil olmayıb. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev mediasport.az saytına açıqlamasında bildirdi ki, Eminlə bağlı heç bir təklif almayıblar: "Bu barədə klubumuza nə şifahi, nə də yazılı müraciət daxil olub".

Mahmudov 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 14 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.