"Zəngəzur" yarımfinalda!

"Zəngəzur" yarımfinalda!

Azərbaycanı minifutbol üzrə Avropa Kubokunda təmsil edən “Zəngəzur” Bolqarıstanda təşkil edilən yarışda yarımfinala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, Əjdər Əjdərovun baş məşqçisi olduğu komanda 1/4 finalda İsrailin "Red Meat Tadiran" kollektivini mübarizədən kənarlaşdırıb.

Qarşılaşmada qapılara qol vurulmayıb və penaltilər seriyasında daha dəqiq oynayan təmsilçimiz adını 1/2 finala yazdırıb - 5:4.

Komandamız finala gedən yolda Rumıniyanın "Borussiya" (Sibiu) klubu ilə münasibətlərini aydınlaşdıracaq. Matç Bakı vaxtilə səhər saat 11:00-da oynanılacaq.