"Aznur" və "Birbaşa Bakı" növbəti oyunlarına çıxır - Çempionlar Liqası

"Aznur" və "Birbaşa Bakı" növbəti oyunlarına çıxır - Çempionlar Liqası

Bu gün minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, təmsilçilərimiz "Birbaşa Bakı" və "Aznur" iki oyun keçirəcəklər.

C qrupunda qərarlaşan "Aznur" öncə "Qalport"la (Polşa), sonra "Andezit"lə (Ukrayna) qarşılaşacaq.

E qrupunda yer alan "Birbaşa Bakı"nın ilk rəqibi "Livorno" (İtaliya), ikinci rəqibi "Brno" (Çexiya) olacaq.

Minifutbol üzrə Çempionlar Liqası. Qrup mərhələsi

6 sentyabr

C qrupu

12:00 "Qalport" (Polşa) - "AzNur"

19:00 "AzNur" - "Andezit" (Ukrayna)

Turnir cədvəli: "Aznur" - 3 xal, "Andezit" - 1 xal, "Qalport" - 1 xal, "Les Pyöpyo" (Fransa) - 0 xal.

E qrupu

14:00 "Livorno" (İtaliya) - "Birbaşa Bakı"

21:00 "Birbaşa Bakı" - "Brno” (Çexiya)

Turnir cədvəli: "Brno" (Çexiya) - 3 xal, "Birbaşa Bakı" - 1 xal, "Malaqa" - 1 xal, "Livorno" - 0 xal.