Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv debüt matçında İraq yığmasına 2:0 hesabı ilə qalib gəlib.
Komandamızın heyətində 16-cı dəqiqədə Mirmehdi Rzayev, 28-ci dəqiqədə Elvin Əlizadə qol vurub.
Qrupun digər matçında Misir yığması da Küveyti eyni hesabla məğlub edib.
G qrupunda mübarizə aparan Azərbaycan millisi növbəti görüşünü oktyabrın 29-da Misirə qarşı keçirəcək.